Çin Amerikanı top-tüfənglə qarşıladı

Çin Xarici İşlər Nazirliyi Cənubi Çin dənizindəki Parakel adaları sularına icazəsiz girən “USS Stethem” Amerika desant gəmisini döyüş reaktivləri və hərbi gəmilərlə qarşıladıqlarını bildirib.

763266
Çin Amerikanı top-tüfənglə qarşıladı

  Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kenq mövzuyla əlaqədar şərhində deyib: "2 iyul tarixində “USS Stethem” Amerika hərbi desant gəmisi icazəsiz olaraq Parakel adaları sularına daxil olub. Çin tərəfi Amerika hərbi gəmisini xəbərdar etmək və dənizdən çıxarmaq üçün döyüş gəmiləri və reaktivlər göndərib. Parakel adaları Çinə aid bir sahədir. ABŞ “naviqasiya azaldığı” bayrağının arxasında gizlənərək yenə icazəsiz olaraq Çinin qanunlarını, suverenliyini və beynəlxalq hüquq normalarını ciddi şəkildə pozub, bu sularda sülh, sabitlik və nizama zərər verib... ABŞ-ın bu hərəkəti adalarda infrastruktur və personala təhdid yaradan ciddi siyasi və hərbi təxribatdır."



Әlaqәli Xәbәrlәr