Yəməndə vəba xəstəliyinə nəzarət artıq mümkündür

Yəməndə  1500-dən çox insanın ölümünə səbəb olan vəba xəstəliyinə nəzarətin artıq mümkün olduğu bildirilib.

761730
Yəməndə vəba xəstəliyinə nəzarət artıq mümkündür

Yəməndə  1500-dən çox insanın ölümünə səbəb olan vəba xəstəliyinə nəzarətin artıq mümkün olduğu bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı son üç gündə vəbaya yoluxma hallarında ciddi səviyyədə azalma olduğunu açıqlayıb. 20 şəhərdə cəmi 17 xəstəlik qeydə alınıb.

Təşkilat bu şərtlərdə vəba xəstəliyinə nəzarətin mümkün hala gəldiyini bildirib.

Bu ilin aprelindən Yəməndə 1417 insan vəba xəstəliyindən ölüb.

225 minə yaxın insanda isə vəba xəstəliyi şübhəsi müəyyən edilib.

Vəbaya yoluxma hallarının ən çox qeydə alındığı Sana, Taiz və Haccə şəhərlərində son üç gündə ölən olmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyə yoxulunların sayında da ciddi səviyyədə azalma olduğunu bildirib.

Yəməndə 3 milyona yaxın insan vətəndaş müharibəsinə görə içməli su tapa bilmir. Bu da vəba xəstəliyinə yoluxma riskini artırır.



Әlaqәli Xәbәrlәr