ABŞ polislərinin iftar yeməyi

Amerika Birləşmiş Ştatlarının New York şəhərində müsəlman polislər iftar yeməyində görüşdülər.

754148
ABŞ polislərinin iftar yeməyi

New York Polis Təşkilatında  Orta Şərq mənşəli polislərin təşəbbüsü ilə yaradılan və mülki vətəndaşların də üzv olduğu Orta Şərq və Türk Dərnəyi Diyanət İşləri İdarəsinin Brooklyndəki Eyyub Sultan Məscidində iftar yeməyi verdi.

İftara New York Polis Təşkilarının rəhbərləri ilə birlikdə New York Məclis Başqanı Melissa Mark-Viverito qatıldı.

 Mark-Viverito New Yorkda  900 müsəlman polisin olduğuna diqqət çəkərək:"Şəhərimizdəki bu gözəl fərlilikləri və zənginlikləri qeyd etmək mənim üçün böyük xoşbəxtlikdir" dedi.

Dərnəyin qurucularından biri olan Dilək Kahveci:"Bu il dərnəyin ikinci ilidir və inşallah, daha da çoxalacağıq" dedi.



Әlaqәli Xәbәrlәr