Putin Səudiyyə Ərəbistanının kralı ilə Qətər mövzusunu müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Səud ilə telefonla danışıb.

751884
Putin Səudiyyə Ərəbistanının kralı ilə Qətər mövzusunu müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Səud ilə telefonla danışıb.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putinin kral Salmanla telefon danışığında Qətər ilə bəzi ərəb ölkələri arasındakı böhran və Orta Şərq bölgəsindəki son vəziyyəti müzakirə edilib.

Rusiya-Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin dəyərləndirildiyi görüşdə iki ölkə arasındakı əməkdaşlığın inkişafına dair istək dilə gətirilib.

Putin və kral Salman iki ölkə arasında müxtəlif sahələrdəki görüşlərin davam etdirilməsi mövzusunda razılıq əldə ediblər.



Әlaqәli Xәbәrlәr