Almaniyanın Münhen şəhərində silahlı hücum törədilib

Almaniyanın Münhen şəhərindəki  metro stansiyasında baş verən insident zamanı bir neçə nəfər yaralanıb. Onlardan biri polis əməkdaşıdır.

751598
Almaniyanın Münhen şəhərində silahlı hücum törədilib

Münhen polisi hadisənin terror ilə  əlaqəsinin olmadığını açıqlayıb.

Münhen polisinin məlumatına  görə sənədlərin yoxlanılması zamanı naməlum şəxs polis əməkdaşına atəş açıb. Onun ağır yaralandığı, həmçinin daha dörd nəfərin xəsarət aldığı bildirilir. Belə ki, hadisəni törədən şəxs silahı polisdən zorla alıb və insanlara atəş açmağa başlayıb. O, saxlanılıb. Hadisə yerinə 100-dək polis əməkdaşı və bir helikopter cəlb edilib.

 



Әlaqәli Xәbәrlәr