Stefan Dujarik “Qətər böhranı” ilə bağlı açıqlama verib
BMT Baş Katibinin sözçüsü Stefan Dujarik Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin yayımladığı birgə bəyanat ilə Qətərin dəstəklədiyi bəzi şəxs və qurumları "terror siyahısı"na daxil etmәsi ilә bağlı bəyanat verib.

S. Dujarric BMT-nin yalnız BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiya siyahısına bağlı olduğunu, bunun xaricindəki siyahıları nəzərə almadığını bildirib.
Qeyd edәk ki, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin milli təhlükəsizlik orqanları Qətərlə bağlı 59 şəxsi və 12 qurumun adını öz ərazilərində qadağan olunmuş "terror siyahısı’’na daxil etdiyini açıqlamışdı.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb