Trump Comeyin sorğulanmasını tələb etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trump onun haqqında ağır ittihamlar irəli sürən Federal Təhqiqat İdarəsinin (FBİ) sabiq sədri Comeyin sorğulanmasını tələb etdi

749148
Trump Comeyin sorğulanmasını tələb etdi

    Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trump Konqresə verdiyi ifadədə onun haqqında ağır ittihamlar irəli sürən keçmiş Federal Təhqiqat İdarəsinin (FBİ) sədri Comeyin sorğulanmasını tələb etdi.
 Trumpın vəkili Marc Kaskowitz mayın 10-da vəzifəsindən uzaqlaşdırılan Comeynin gizli danışıqların sızdırılması şübhəsi ilə ifadə verməli olduğunu bildirdi.

  Kaskowitz bunu  Comeyin Senatın Kəşfiyyat Komitəsində vəzifədən alınmasına dair ifadə verməsindən sonra bildirdi.
  Comey iki  saat yarım davam edən ifadəsində yanvar ayından etibarən Trump ilə həyata keçirdiyi bütün təkbətək görüşləri qeyd etdiyini demişdi.

  Comey  vəzifədən uzaqlaşdırıldıqdan sonra Kolumbiya Universitetində  yaxın dostuna bir söhbəti sızdırdığını söyləyib.
    Kaskowitz verdiyi açıqlamada Comeyin bu etirafının sabiq FBI direktorunun Trump haqqında məlumat sızdıran şəxslərdən biri olduğunu ortaya qoyduğunu ifadə etdi və: "Bu məlumat sızıntısının digərləri ilə bərabər sorğulanmasının lazım olub-olmadığının səlahiyyətli şəxslər müəyyən edəcək " dedi.



Әlaqәli Xәbәrlәr