Qətər vətəndaşlarına xəbərdarlıq etdi

Qətər hökuməti onunla diplomatik əlaqələrini kəsərək embarqo tətbiq edən ölkələrə təhqir edilməmək üçün vətəndaşlarına xəbərdarlıq edib.

749156
Qətər vətəndaşlarına xəbərdarlıq etdi

  Qətər Baş Nazirliyindən verilən məlumatda deyilir:

  “Qətər vətəndaşları və ölkədə yaşayan xaricilərdən ictimai mediada Qətər əleyhinə paylaşma edənlərə cavab verilməməsi və müzakirəyə girilməməsi istənilir.

  İslam dininin təməl əsasları, insanlıq dəyərləri, Qətər ənənələrilə bağlı ictimai media və mətbuat orqanlarında Qətər əleyhinə edilən təbliğatlara cavab verilməməsi, bu kimi paylaşmalar qarşısında məsul davranıb digər ölkə vətəndaşları və liderlərinə qarşı təhqir ehtiva edən sözlər işlədilməməsi xahiş olunur.”



Әlaqәli Xәbәrlәr