Qətər Əmiri Trampın dəvətini rədd edib

Qətər əmiri şeyx Təmim bin Həməd Әl-Sani ABŞ prezidenti Donald Trampın Vaşinqtona dəvətini rədd edib.

749252
Qətər Əmiri Trampın dəvətini rədd edib

Qətər əmiri şeyx Təmim bin Həməd Әl-Sani ABŞ prezidenti Donald Trampın Vaşinqtona dəvətini rədd edib.

Bu barәdә Qәtәrin  xarici işlәr naziri Şeyx Mәhәmmәd  bin Əbdürrəhman Әl- Sani  Amerikanın  Associated Press  xəbər agentliyinə verdiyi açıqlamada bildirib.

Mәlumata görә, Əmir Qətərin blokadada olduğu müddət ərzində ölkəni tərk etməyi planlaşdırmadığını bəyan edib.

Çərşənbə günü Qətər Əmiri Əl Sani ilə telefon әlaqәsi saxlayan  Donald Trump  Əmiri Ağ Evə dəvət edərək  Qətər böhranında vasitəçi olmağı təklif etmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir  vә Yәmәn  rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan etmişdilәr.

Daha sonra bu ölkələrin sırasına  Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.



Әlaqәli Xәbәrlәr