Meksikalılar öz ölkəsində itkin düşür, həm də minlərlə sayda

2016-cı ilin yanvar ayında ölkədə itkin düşənlərin sayı 30.942 olaraq bildirilmişdi, son 4 ayda isə 1276 nəfər itib.

749088
Meksikalılar öz ölkəsində itkin düşür, həm də minlərlə sayda

  Meksika Daxili İşlər Nazirliyi Milli Cəmiyyət Təhlükəsizliyi Xidmətinin tərtib etdiyi hesabata görə, ölkədə  itkin düşənlərin sayı 32.218-dir. Bu rəqəmə axtarılmayan itkin hadisələri daxil deyil.

  Latın Amerikası ölkəsi olan Meksikanın bir çox əyalətində itkilərlə əlaqədar istintaqlar həyata aparılır. 

  İtkinlərlə bağlı müraciətlərə əsasən ölkədə təkcə 2 il yarım ərzində 8.500-ü keçən itkin hadisəsi qeyd edilib.

  Cinayət dərəcəsi yüksək olan bu ölkədə 2014-cü ildə 43 peşə məktəbinin şagirdi itib. "Onlar zibillikdə bəzi şəbəkə qrupları tərəfindən yandırılıb" iddiası da söylənilir.

  Meksikanın qərbində Kabo Pulmo milli parkı ilə San Xose Del arasındakı ana yol yaxınlığında ortaya çıxarılan bir məzarda 3-ü qadın olmaqla 14 adamın cəsədi tapılıb. Cəsədlərin şəxsiyyəti təsbit edilməyib.

  Səlahiyyətlilər bu cür itkin hadisələrini bölgədə son zamanlar Sinaloa narkotik şəbəkəsinin rəqib qolları arasında tez-tez yaşanan qarşıdurmalarla əlaqələndirir.



Әlaqәli Xәbәrlәr