Böyük Britaniyanın baş naziri parlamentə yenidən üzv seçilib

Böyük Britaniyanın baş naziri vaxtından əvvəl seçkilərin nəticələrinə görə, yenidən parlament  üzvü seçilib.

749674
Böyük Britaniyanın baş naziri parlamentə yenidən üzv seçilib

Böyük Britaniyanın baş naziri vaxtından əvvəl seçkilərin nəticələrinə görə, yenidən parlament  üzvü seçilib.  

Maliyyə, təhsil habelə xarici işlər nazirləri parlamentə yenidən üzv seçiliblər.

Hazırda leyboristlər 204, mühafizəkarlar isə 194 mandat əldə ediblər. Müstəqil namizədlər 20 yer, Şotlandiya Milli Partiyası 29, Liberal Demokratik Partiyası 9 mandat əldə edib. Səslərin hesablanması davam etdirilir.

Qeyd edək ki, keçirilmiş yeganə “exit poll”un nəticələrinə görə, mühafizəkarlar 650 mandatdan 314-nü əldə edərək seçkilərdə liderliyi ələ alıblar. Lakin parlamentdə mütləq çoxluğa nail olmaq üçün onlara daha 12 yer gərəkdir. “Exit poll”un nəticələrinə görə, Leyboristlər partiyası 266 mandat əldə edib,  Şotlandiya Milli Partiyası 34 mandatla üçüncü, Liberal Demokratik Partiyası 14 yerlə dördüncü pillədə qərarlaşıb. Sağçı Müstəqillik partiyası parlamentdə heç bir yer əldə etməyib. Digər partiyalar isə 22 mandat qazanıb.   

Mənbə: Azərbaycan, APA



Әlaqәli Xәbәrlәr