Husilər ilə  hökumət qüvvələri arasında qarşıdurma baş verib

Yəmənin Taiz şəhərində, hökumət qüvvələriylə Husilər arasında baş verən qarşıdurmalarda 12 nəfər həyatını itirib.

745580
Husilər ilə  hökumət qüvvələri arasında qarşıdurma baş verib

Yəmən ordu sözcüsü Polkovnik Abdulbasit əl-Bəhr, Taiz şəhərinin qərbində yerləşən Prezident sarayı və Et-Teşrifet hərbi düşərqəsinin ətrafında son 24 saatda yaşanan qarşıdurmalarda 10 Husinin öldüyünü, onlarla terrorçunun yaralandığını, iki hərbçinin həyatını itirdiyini bildirib.

Husilər və onların dəstəkçiləri, Taiz şəhərini fərqli istiqamətlərdən mühasirəyə salıb.

Qeyd edək ki, Yəmən iki ildən çoxdur Husilər və onlara dəstək verən keçmiş prezident Əli Abdullah Saleh tərəfdarları ilə hökumət qüvvələri arasındakı qarşıdurmalara səhnə olur.

 



Әlaqәli Xәbәrlәr