‘‘Rosneft’’ İngiltәrәnin BP şirkәti ilә saziş imzalayıb

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində “Rosneft” şirkəti ilə BP arasında strateji әmәkdaşlığa  dair razılaşma əldə olunub.

744683

Mәlumata görә, müqavilə “Rosneft” rəhbəri İqor Seçin və BP-nin İdarə Heyətinin sədri Bob Dudley arasında imzalanıb.

Müqavilə çərçivəsində iki şirkət arasında  təbii qazın satışı, kəşfiyyat, istehsal və satışa çıxarılması, eləcə də, Rusiya və başqa ölkələrdə mayeləşdirilmiş təbii qaz (LNG) layihələrində strateji әmәkdaşlığın qurulması razılaşdırılıb.

Qeyd edәk ki,  2019-cu ildən etibarən “Rosneft”in  hasil etdiyi təbii qazın BP tərəfindən  satılması planlaşdırılır.

Әlaqәli Xәbәrlәr