ABŞ ballistik raket əleyhinə müdafiə sistemini sınaqdan keçirdi

Şimali Koreyanın balistik raket sınaqlarının intensivləşdiyi bir zamanda Amerika Birləşmiş Ştatları da balistik raket əleyhinə müdafiə sistemini sınaqdan keçirdi.

742518
ABŞ  ballistik raket əleyhinə müdafiə sistemini sınaqdan keçirdi

Şimali Koreyanın balistik raket sınaqlarını intensivləşdiyi bir zamanda Amerika Birləşmiş Ştatları da balistik raket əleyhinə müdafiə sistemini sınaqdan keçirdi.
 
Pentaqon Marşall Adalarından buraxılan qitələrarası ballistik raketin Kaliforniya ştatında yerləşən Vanderberg  Hava Bazasındakı raket əleyhinə müdafiə sistemi tərəfindən müvəffəqiyyətlə vurulduğu barədə məlumat yaydı.
 
 Məlumatda sözügedən sistemin və ABŞ ballistik raket əleyhinə müdafiə sisteminin ilk həqiqi atəş sınağı olduğu vurğulanır, müdafiə sisteminin hədəf raketin iz və istiqamət məlumatlarını bir sıra sensor və Sakit okeanda yerləşdirilmiş X-Band radarları vasitəsilə ilə aldığı və məlumatlar əsasında atəş nəzarət mexanizmini tənzimlədiyi ifadə edilir.
 
 Raket əleyhinə Müdafiə Sistemi Agentliyinin direktoru admiral Jim Syring sınağı "inanılmaz bir müvəffəqiyyət" olaraq səciyyələndirdi, bu sistemin ABŞ ərazisini qorumaqdakı əhəmiyyətli rolunu qeyd etdi.



Әlaqәli Xәbәrlәr