Trumpın kürəkəni Rusiya təhqiqatı ilə əlaqədər sorğulandı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın kürəkəni və baş məsləhətçisi Jared Kushner də Federal Təhqiqat Bürosunun (FBI) Rusiya ilə bağlı apardığı araşdırmaya cəlb olundu.

739640
Trumpın kürəkəni Rusiya təhqiqatı ilə əlaqədər sorğulandı

  ABŞ-ın "Washington Post" qəzetində dərc olunan xəbərə görə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpın kürəkəni və baş məsləhətçisi Jared Kushner  FBI-yın Rusiya təhqiqatına bilavasitə daxil edilmədən, yalnız Rusiyanın Washingtondakı səfiri Sergey Kislyak ilə görüşləri ilə əlaqədar ifadə verib.

 Buna səbəb olaraq Kushnerın Kislyak və bir rus bankının rəhbəri ilə dekabr ayında keçirdiyi bəzi görüşləri göstərilir.

Həmin görüşləri təhqiq etməyə başlayan FBI bu görüşlərlə istintaq arasında birbaşa əlaqə olub-olmadığını anlamağa çalışır.

 



Әlaqәli Xәbәrlәr