BMT Təhlükəsizlik Şurası növbədən kənar yığıncaq keçirəcək

BMT Təhlükəsizlik Şurası mayın 23-də Şimali Koreyanın yeni raket sınağını müzakirə etmək üçün növbədən kənar yığıncaq keçirəcək.

736365
BMT Təhlükəsizlik Şurası növbədən kənar yığıncaq keçirəcək

BMT Təhlükəsizlik Şurası mayın 23-də Şimali Koreyanın yeni raket sınağını müzakirə etmək üçün növbədən kənar yığıncaq keçirəcək.

Diplomatik mənbələrin məlumatına əsasən, Pyongyangın nüvə proqramı və son raket sınağı mətbuata qapalı iclasda müzakirə ediləcək.

Şimali Koreyanın son raket sınağından sonra ABŞ, Yaponiya və Cənubi Koreya Təhlükəsizlik Şurasının bu məsələni müzakirə etməsini istəmişdi.

Cənubi Koreya Pyongyangın yeni raket sınağı kəçirdiyini elan etmişdi.

Cənubi Koreyanın Baş Qərargah Rəisliyinin açıqlamasında, Şimali Koreyanın Cənub Pyongyang şəhərinin Pukchang bölgəsi yaxınlığında “təsvir edilə bilməyən” raket fırlatdığını bildirmişdi.

Açıqlamada təxminən 500 km yol qət edən raketin dənizə düşdüyü qeyd edilib.

Şimali Koreya da raket sınağı kəçirdiyini təsdiqləyib.



Әlaqәli Xәbәrlәr