“Macarıstan və Avropanın təhlükəsizliyi Türkiyəyə bağlıdır”, V.Orban

Macarıstan Baş naziri V.Orban ölkəsinin ictimai televiziyasına verdiyi müsahibədə forum barədə fikirlərini bölüşüb, o cümlədən, Türkiyə-Macarıstan münasibətlərinə toxunub.

732775
“Macarıstan və Avropanın təhlükəsizliyi Türkiyəyə bağlıdır”, V.Orban

  Macarıstan Baş naziri Viktor Orban Avropa və ölkəsinin təhlükəsizliyinin Türkiyəyə çox bağlı olduğunu söyləyib.

  Çin Xalq Respublikasının paytaxtı Pekində Beynəlxalq Əməkdaşlıq üçün Qurşaq və Yol Forumunda iştirak edən Macarıstan Baş naziri V.Orban ölkəsinin ictimai televiziyasına verdiyi müsahibədə forum barədə fikirlərini bölüşüb, o cümlədən, Türkiyə-Macarıstan münasibətlərinə toxunub.

  Forumda Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla bir araya gəldiyini söyləyən Orban deyib: “Macarıstan və Türkiyənin yaxşı əlaqələrə malik olması ölkənin milli təhlükəsizliyinin xeyrinədir. Rəcəb Tayyib Ərdoğana hər zaman hörmətimiz var. Avropa və Macarıstanın təhlükəsizliyi böyük mənada Türkiyəyə bağlıdır. Çünki Türkiyə qeyri-qanuni miqrasiyanın qarşısını ala bilən ölkədir ki, bu da Macarıstanın milli təhlükəsizliyinin bir parçasıdır.''

  Macarıstan Baş naziri Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA-nın də fəaliyyətinə toxunaraq Osmanlı dövrü memarlıq əsərlərindən biri olan, Budapeştdə yerləşən Gül Baba türbəsinin yaxınlarda bərpasının bitəcəyi və açılış mərasimində Ərdoğanın iştirak edəcəyini söyləyib.  



Әlaqәli Xәbәrlәr