Mun Çje İn zəfərini elan etdi

Cənubi Koreyada  keçirilən  prezident seçkisinin  qalibi Mun Cje-In olub.

729119
Mun Çje İn zəfərini elan etdi

Cənubi Koreyanın yeni seçilmiş prezidenti Mun Çje İn parlamentdə keçirilən inauqurasiya mərasimi zamanı gələcəkdə Şimali Koreyaya səfər edə biləcəyini istisna etməyib.   

“Lazım gələrsə, mən dərhal Vaşinqtona, şərait imkan verərsə - hətta Pxenyana da səfər etməyə hazıram”  deyən prezident Koreya yarımadasında gərginliyi azaltmaq niyyətində olduğunu qeyd edib.  

“Koreya yarımadasında sülhün bərqərar olması üçün əlimdən gələni edəcəyəm”, - deyə Mun Çje İn bildirib.  

 Qeyd edək ki, Mun Çje İn  41,08 faiz səs toplayaraq Cənubi Koreya prezidenti seçilib. Xatırladaq ki korrupsiya qalmaqalı fonunda sabiq prezident Pak Kın Xenin impiçmenti və hakimiyyətdən kənarlaşdırılması səbəbindən seçkilər vaxtından əvvəl keçirilib.  

 

 



Әlaqәli Xәbәrlәr