Ölümdən xilas ümidilə Liviyadan yola çıxdılar, amma…

Ölümdən xilas ümidilə Liviyadan yola çıxan qaçqınları daşıyan iki rezin qayıq Aralıq dənizində batıb, 11 adamın cəsədi sahilə çıxıb.

728234
Ölümdən xilas ümidilə Liviyadan yola çıxdılar, amma…

  Birinci faciə dünən səhər meydana gəlib. Liviyadan 132 mühacirlə yola çıxan qayıq İtaliya sahillərinə çata bilmədən çevrilərək batıb. Cəmi 50 qaçqını xilas etmək mümkün olub və onlar Pozzallo sahilinə gətirilib. Aralarında uşaqların da olduğu 82 nəfər isə itkin düşüb.

  Digər faciəli xəbər isə Liviyanın Zaviyə sahillərindən gəlib. 10-u qadın olmaqla 11 adamın cəsədi sahilə çıxıb, təxminən 100 adamın taleyindən isə xəbər yoxdur.

  Qaçqınlar, təəssüf ki, çox vaxt köhnə gəmi və rezin qayıqlarla müharibənin odundan-alovundan xilas olmağa çalışırlar. Aralıq dənizində son 5 ayda 1150-dən çox qaçqın həyatını itirib. Son üç gün içində isə bölgədə 6 mindən çox qaçqın sularda boğulmaqdan qurtarılaraq İtaliyaya aparılıb.



Әlaqәli Xәbәrlәr