Soçidə Angela Merkel və Vladimir Putin arasında görüş keçirildi

Almaniya kansleri Angela Merkel iki ildən sonra ilk dəfə səfər etdiyi Rusiyanın Soçi şəhərində prezident Vladimir Putin ilə bir araya gəldi.

724530

 Görüşdə Ukrayna və Suriya böhranları və ikitərəfli əlaqələr müzakirə olundu.
 
 Rusiya prezidenti Suriyadakı böhranın həlli məsələsində iki ölkənin daha aktiv şəkildə razılıq əldə etdiklərini bildirdi.
 
 Putin ölkəsinin qərbində davam edən böhran ilə əlaqədar Ukraynanı günahlandırdı və Kiyev rəhbərliyinin Minsk Müqaviləsinin həyata keçirilməsi fürsətini əldən verdiyini qeyd etdi.
 
 Merkel isə Ukrayna məsələsinin həlli üçün zamana ehtiyac olduğunu vurğuladı.
 
 Merkel görüşdə iyul ayında Almaniyanın Hamburq şəhərində keçiriləcək Böyük İyirmilərin sammitindən də danışdı, Rusiyanın G20-nin mühüm tərəfdaşı olduğunu xatırlatdı.
 
 Qeyd edək ki, bu Putin və Merkelin 2015-ci ilin may ayından bu yana ilk  rəsmi görüşü idi.

Әlaqәli Xәbәrlәr