Almaniyada yenə də məscidə hücum etdilər

Almaniyanın Kassel  şəhərində Diyanət İşləri Türk İslam Birliyinə (DİTİB) aid Mərkəz Məscidi naməlum şəxslərin hücumuna məruz qaldı.

724528
Almaniyada yenə də məscidə hücum etdilər

Almaniyada məscid hücumlarına bir yenisi də əlavə olundu.

  Almaniyanın Kassel  şəhərində Diyanət İşləri Türk İslam Birliyinə (DİTİB) aid Mərkəz Məscidi naməlum şəxslərin hücumuna məruz qaldı.

  Təcavüzkarlar məscidin xarici divarlarına yazıb, şüşələrini sındırdılar.

  Kassel Mərkəz Məscidinin rəhbəri Seyfəddin Eryörük  son dövrlərdə Avropada müsəlmanlara və məscidlərə qarşı artan hücumlara diqqət çəkdi, bu hücumlara görə çox təəəsüfləndiklərini bildirdi.

  Almaniya mətbuatının hadisədən xəbərdar olmasına baxmayaraq, maraqlanmadığını qeyd edən Eryörük hadisə yerinə gələrək  onları ittiham edən polisin davranışını da tənqid etdi.

  Kassel mərkəz məscidində işləyən Musa Ak  hücumun kədərləndirici olduğunu ifadə edərək:"Biz hər zaman birliyin və bərabərliyin, əmin-amanlığın yanındayıq, xoşbəxtliyi axtaran insanlarıq. Hadisəyə görə də çox kədərliyik" deyə danışdı.

  Almaniyada son illərdə əcnəbilərə və müsəlmanlara qarşı artan hücumlar bu ölkədə yaşayan müsəlmanları narahat edir.

 Bu ölkədə məscidlərə qarşı hücumlar getdikcə artır.

  2015-ci il ərzində Almaniya daxilində 75 məscidə hücum olub.

  Bu say 2016-ci ildə 91-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr