Venesuela etiraz nümayişləri keçirilir

Venesuelada aprelin 19-da solçu prezident Nicolas Maduroya qarşı misli görünməmiş kütləvi etiraz əsnasında  17 yaşındakı bir gənc odlu silahla öldürülüb.

717081
Venesuela etiraz nümayişləri keçirilir

Venesuelada prezident Nicolas Maduroya qarşı misli görünməmiş kütləvi etiraz əsnasında  17 yaşındakı bir gənc odlu silahla öldürülüb.

Müxalifət tərəfdarları paytaxt Karakas və başqa şəhərlərin küçələrində keçirilən nümayişlərə “Bütün yürüşlərin anası” adını vermişdilər.

Etirazçılar neftlə zəngin ölkəni acınacaqlı vəziyyətə salmış Maduronun hakimiyyətdən getməsini tələb edirdilər.

Maduronun çağırışı ilə iqtidar tərəfdarlarının küçələrə tökülməsindən sonra izdihamlar yüzminlərlə insanı bürüyüb.

Maduro bəyan edib ki, etirazların arxasında müxalifətin çevriliş və ölkədə sosializmə son qoymaq planları gizlənir.

Müxalifət isə Maduronu diktatora çevrilməkdə və dinc vətəndaşlara silah qaldırmaqda ittiham edir.

Qarşı duran nümayişçilər arasında baş verən toqquşmalar 2002-ci ildə mərhum prezident Hugo Chavezə qarşı çevrilişi səbəb olmuş hadisələri xatırladıb.

Müxalifət aksiyalar əsnasında baş vermiş iki qətlin silahlı hökumət tərəfdarlarının “kolektivos” qrupu tərəfindən törədildiyini iddia edir.

Baş vermiş ölüm hadisəsindən sonra son bir ay ərzində Venesuela etirazlarında həlak olmuş insanların sayı 6-ya çatıb.

Etiraz aksiyalarında iştirak edən 270 nəfərin həbs olunduğu xəbər verilir.



Әlaqәli Xәbәrlәr