Almaniya öz maraqlarına görə İncirlik hərbi bazasındadır
Sigmar Gabriel “Tornado” tipli qırıcıların Türkiyənin Adana şəhərində yerləşən İncirlik hava bazasından çıxarılmasının sadəcə özlərini maraqlandıran mövzu olduğunu söyləyib.
Almaniyanın xarici işlər naziri Sigmar Gabriel “Tornado” tipli qırıcıların Türkiyənin Adana şəhərində yerləşən İncirlik hava bazasından çıxarılmasının sadəcə özlərini maraqlandıran mövzu olduğunu söyləyib.
Nazir ölkəsinin bu bazadan beynəlxalq koalisiyanın terrora qarşı apardığı mübarizəyə dəstək olmaq üçün istifadə etdiyini bildirib.
Gabriel ölkəsinin “ARD” televiziya kanalında yayımlanan “Tagesthemen” bölümündə deyib ki, Almaniya özünün maraqlarına görə İncirlik bazasındadır.
“Alman əsgərlərinin Türkiyədə keçirilən referenduma görə İncirlik hərbi hava bazasından çəkilməsi düşüncəsizlik olar və Almaniya bu qərarla özünə zərər verər. Türkiyə ilə əməkdaşlıqdan imtina edəcək hər hansı səbəb yoxdur. Əksinə Türkiyə avropalı qonşu olduğuna görə rəsmi Ankara ilə dialoq və əməkdaşlıq davam etdirilməlidir”-deyə alman nazir ifadə edib.
Əks təqdirdə Türkiyənin Rusiyaya daha çox yaxınlaşmasına zəmin yaradılacağını da irəli sürən alman nazir bu durumun Almaniyanın mənfəətinə olmadığını qeyd edib.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib