Şimali Koreya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi?

Şimali Koreya lideri Kim Jongun paytaxt Pyongyangın dərhal təxliyyə edilməsi və müharibə vəziyyətinə  keçilməsi barədə əmr verdiyi iddia olunur.

711726
Şimali Koreya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi?

Şimali Koreya lideri Kim Jongun paytaxt Pyongyangın dərhal təxliyyə edilməsi və müharibə vəziyyətinə  keçilməsi barədə əmr verdiyi iddia olunur.
 
 Rusiyanın "Pravda" qəzetinin Şimali Koreya mediasına əsaslanaraq verdiyi xəbərdə Şimali Koreya ordusunun döyüş hazırlığı vəziyyətinə gətirildiyi və ölkədə sirena səslərinin yüksəldiyi  bildirilir.
 
 Cənubi Koreya mənbələri sərhədin o biri tərəfində xalqın sığınacaqlara istiqamətləndirildiyi barədə məlumat verir.
 
 Gərginliyi daha da artıran həmlə isə gecə saatlarında gəldi.
 
 Amerika Birləşmiş Ştatlarının nüvə silahı sınağını qırmızı xətt elan edən açıqlamalarından sonra Şimali Koreya rəhbərliyi ölkədəki xarici mətbuat nümayəndələrinə "Cümə günü böyük və əhəmiyyətli bir hadisə" üçün hazırlıqlı olmalarını bildirdi.

Adətən  xarici dünyaya qapılarını bağlayan Pyongyang böyük hərbi silah sınaqları ərəfəsində mətbuat nümayəndələrinə işləməyə icazə verir.
 
 Ölkə, eyni zamanda,  dövlətin yaradıcısı Kim İl-sungun anadan olmasının 105-ci ildönümü münasibətilə 15 apreldə keçiriləck nümayişlərə  hazırlaşır.
 
 ABŞ-ın donanma dəstəsinin Koreya yarımadasına göndərməsinin ardından Yaponiyanın  döyüş gəmilərini bu donanmaya qoşulmağa hazırlaşdığı bildirilir.

 "The Guardia"nın xəbərinə görə, Yaponiya bu gedişlə Koreya Demokratik Xalq Cümhuriyyətini "çəkindirməyi" çalışır.
 
 Cənubi Koreyadan verilən açıqlamada isə, ABŞ-ın "qabaqlayıcı" təcavüzünün dəstəklənməyəcəyi bildirilmişdi.
 
 Digər tərəfdən, Çin Müdafiə Nazirliyi ölkənin Şimali Koreya sərhədinə 150 min hərbçi göndərildiyi barədə iddiaları təkzib edən açıqlama verdi.
 
Açıqlamada Koreya yarımadasının nüvə silahlardan təmizlənilməsi mövzusu ilə bağlı bütün tərəflərə yaxın  tarixdə danışıqlar masasına qayıtmaq barədə çağırış edilir.



Әlaqәli Xәbәrlәr