Bir ton mamont dişi müsadirə edilib

Çinin şimal-şərqindəki Heylongciang əyalətində, qeyri  leqal  yollardan  ölkəyə  daxil  edilən  1 ton mamont dişi  müsadirə  edilib.

711196
Bir ton mamont dişi müsadirə edilib

Gömrük işçiləri, Rusiyadan Çinə soya paxlası daşıdıqlarını  bəyan  edən 6 yük maşınından birinin çəkisinin digərlərindən fərqli olması səbəbiylə maşınları  yoxlayaraq son illərin ən böyük qaçaqmalçılığını aşkar ediblǝr. Məlumata  görə yük maşınlarından birində 1 ton mamont dişi, 73 kiloqram kərgədan buynuzu və 1 ton da yeşim daşının olduğu  tǝsbit edilib. Maşının  sürücüsü  və  sahibi  saxlanıb. 



Әlaqәli Xәbәrlәr