Yeni Zelandiyanın Şimal adası sular altında

Avstraliyanın Yeni Cənubi Uels və Queensland əyalətlərində 8 adamın ölümünə səbəb olan Debbie qasırğası Yeni Zelandiyanın Şimal adasını təhlükə altına qoyub və təxminən 2 min adam təhlükəsiz bölgələrə köçürülüb.

707167
Yeni Zelandiyanın Şimal adası sular altında

   Şimali adasının Edgecumbe şəhəri qasırğanın səbəb olduğu həddindən artıq yağışlara görə sular atında qalıb, minlərlə adama bölgəni tərk etmək çağırışı edilib.

  Rangitaiki çayının daşması nəticəsində təxminən 200 ev sular altında qalıb, şəhərdən təxminən 2 min adam traktor və rezin qayıqlarla azad edilib.

  Sel suları bəzi bölgələrdə 2 metrdən yuxarı olub, bir adam itkin düşüb, ölən yoxdur.

  Həddindən artıq yağan yağışların təsiri Yeni Zelandiyanın Cənub adasına da keçir: Auckland şəhərində bir çox təyyarə səfəri təxirə salınıb.



Әlaqәli Xәbәrlәr