Şimali Koreya orta mənzilli yeni balistik raketi sınaqdan keçirdi

Pentaqon Şimali Koreyanın orta mənzilli yeni balistik raketin sınağını keçirdiyini bildirdi.

705842
Şimali Koreya orta mənzilli yeni balistik raketi sınaqdan keçirdi

Pentaqon Şimali Koreyanın orta mənzilli yeni balistik raketin sınağını keçirdiyini bildirdi.

 Sakit Okean Qüvvələri Komandanlığından verilən yazılı açıqlamada raketin Şimali Koreyanın Sinpo şəhəri yaxınlığındakı bazadan atıldığının, 60 kilometr məsafə qət edərək Yapon dənizinə düşdüyünün müəyyən olunduğu bildirilir.
 
Açıqlamada: "İlkin təxminlərə görə, atılan raketin orta mənzilli KN-15 tipli balistik raket olduğu müəyyən edilib" ifadəsinə yer verilir.
 
 ABŞ-ın Cənubi Koreya və Yaponiyanın tərəfində olduğu vurğulanan açıqlamada sözügedən raketinin Amerika qitəsini təhdid etmədiyi barədə məlumat verilir.
 
 Şimali Koreyaya ilk reaksiya Amerika Birləşmiş Ştatlarından gəldi.
 
 ABŞ dövlət katibi RexTillerson:" Şimali Koreyaya verilən zaman bitdi, kifayət qədər danışdıq. Başqa bi şərhə ehtiyac hiss etmirik, hər variant masadadır" dedi.
 
 Cənubi Koreya və Yaponiya da Şimali Koreyanın raket sınağını qınadı.
 
Qeyd edək ki, raket sınağı ABŞ prezidenti Donald Trumpın həftənin əvvəlində Çin olsa da, olmasa da. Şimali Koreyanın  nüvə təhdidi ilə bağlı problemi həll edəcəyinə dair verdiyi bəyanatdan sonra keçirildi.
 
 Bu arada, Çin Prezidenti Xi Jinpingin cümə günü Donald Trump ilə Washingtonda görüşməsi gözlənilir.
 
 Görüşdə Şimali Koreyanın nüvə fəaliyyətlərinin müzakirə olunması nəzərdə tutulur.
 
 Birləşmiş Millətlər Təşkilatının qərarlarına görə,  Şimali Koreyanın raket və ya nüvə sınaqları keçirməsi qadağandır.
 
 Şimali Koreya isə bütün reaksiyalara baxmayaraq, nüvə sınaqlarının dinc xarakter daşıdığını iddia edir.



Әlaqәli Xәbәrlәr