“Rusiyaya güvənmirik”, N.Harley

Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər üzrə daimi nümayəndəsi, səfir Nikki Haley Rusiya prezidenti Vladimir Putinin suriyalı həmkarı Bəşər Əsədi həddindən artıq qoruduğunu söyləyib.

704168
“Rusiyaya güvənmirik”, N.Harley

  ABŞ televiziya proqramında çıxışı zamanı o, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi, Krımı işğalı və Suriya rejiminə dəstəyi mövzularında sualları cavablandırıb.

  Haley deyib: “Rusiyanın 8 noyabr ABŞ prezident seçkilərinə müdaxiləsilə bağlı deyim ki, heç bir ölkə seçimlərimizə müdaxilə edə bilməz. Rusiyanın müdaxiləsi fikirlərilə bağlı Vaşinqtondakı müzakirə və istintaqlarla əlaqədar söz-söhbətlərə deyil, real problemlərə diqqət yönəltmək lazımdır. Bu gün də Rusiya ilə aramızda yaxınlıq yoxdur. Güc qazandığımızı onlar da hiss edir. Rusiyaya güvənmirik. O, Krımı işğal edib, Ukraynaya  problem yaradıb. Rusiya ilə çox barədə eyni fikirdə deyilik. Səsimizi yüksəldirik. Məsələn, Əsəd bir müharibə günahkarıdır, amma Rusiya onu həddindən artıq qoruyur. Buna da etirazımızı bildiririk. Krımın işğalıyla bağlı Obama dövründən Rusiyaya tətbiq olunan embarqo qərarı və təzyiqlər davam edir."



Әlaqәli Xәbәrlәr