İvankaTrump ilə Jared Kushner 740 milyon dollarlıq sərvətin sahibidirlər

Trumpın qızı ilə kürəkəninin sərvəti 740 milyon dollardır.

703934
İvankaTrump ilə Jared Kushner 740 milyon dollarlıq sərvətin sahibidirlər

 Ağ Evin açıqladığı etik sənədlərdəki məlumatlarda Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trumpın qızı İvankaTrump ilə kürəkəni Jared Kushnerin sərvətlərinin 740 milyon dollar olduğu bildirilir.
 
 Trump kimi (Ağ Evdəki vəzifəsindən əvvəl) daşınmaz əmlak sektorunda fəaliyyət göstərən Jared Kushnerin bu sayədə ciddi bir sərvətin sahibi olduğu ifadə edilir.
 
 Digər tərəfdən, Trumpın iqtisadi sahədə "Ağ Evdəki sağ əli" hesab edilən Gary Cohn da zənginlər siyahısında yer alır.
 
 Təkcə keçən il 75 milyon dollar gəlir əldə etdiyi bildirilən "Goldman Sachs"ın sabiq rəhbəri Cohnun sərvətinin 611 milyon dollara yüksəldiyi qeyd edilir.
 
 Həmin sənədlərdə Trumpın baş strateqi və məsləhətçisi Steve Bannonun keçən il 2,5 milyon, məsləhətçi Conwayin də 1 milyon dollar həcmində gəlir əldə etdiyi bildirilir.



Әlaqәli Xәbәrlәr