Trump rəhbərliyi 57 ölkəyə hələ də səfir təyin etməyib

Donald Trump dünya əhalisinin yarısından çoxunun yaşadığı 57 ölkəyə hələ də diplomatik nümayəndələr göndərməyib.

702269
Trump rəhbərliyi 57 ölkəyə hələ də səfir təyin etməyib

Amerika Birləşmiş Ştatlarında yanvarın 20-də işə başlayan Donald Trump  rəhbərliyi bütün səfirləri geri çağıraraq onların fəaliyyətinə son qoydu. Lakin Trump dünya əhalisinin yarısından çoxunun yaşadığı 57 ölkəyə hələ də diplomatik nümayəndələr göndərməyib.
 
 ABŞ-ın "Quartz" xəbər saytının yaydığı və ABŞ Dövlət Departamneti mənbələrinə əsaslanan xəbərdə yeni rəhbərliyin aralarında İngiltərə, Kanada, Yaponiya, Hindistan və Səudiyyə Ərəbistanı kimi ABŞ-ın mühüm müttəfiqlərinin də olduğu 57 ölkəyə səfirlərin hələ təyin olunmaqığı qeyd olunur.
 
Sabiq prezident Barak Obama dövründə təyin olunmuş bütün siyasi diplomatik nümayəndələrin işinə xitam verən Trump rəhbərliyi təxminən iki aydır boşalan yerlərin çoxunu doldurmayıb.
 
 Sözügedən ölkələrdəki əhalinin 3,9 milyarda çatdığı bildirilən xəbərdə yeni rəhbərliyin bu ana qədər ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Haley ilə İsrail səfiri Devid Friedmana vəzifə verildiyi  xatırladılır.
 
 Xəbərdə ABŞ-ın Yaponiya, Çin və Böyük Britaniya səfirliklərinə namizədlərinin müəyyən olduğu, lakin ilk iki ölkə namizədlərilə bağlı sənədlərin hələ də hazır olmadığı bildirilir. iİngiltərə səfiri vəzifəsinə namizədi olaraq adı açıqlanan WoodyJohnsonun isə hələ rəsmi namizədlik müraciətinin edilmədiyi qeyd olunur.
 
 Senatın namizədlərlə bağlı ilkin mərhələ proseslərinə nəzarət edən Xarici Əlaqələr Komitəsinin rəsmiləri  namizədlərin  sənədlərinin toplanması ilə əlaqədar problemlərin olduğunu bildirirlər.
 
 Qeyd edək ki, komitədən keçən namizədliklər Senatın Baş Məclisində səsverməyə qoyulur.
 
 



Әlaqәli Xәbәrlәr