İşığı söndürmə hər ölkənin yerli vaxtı ilə 20.30-21.30-da

İqlim dəyişikliyinə diqqət çəkməyi məqsəd qoyan və dünyanın ən böyük ətraf mühit hərəkatı olaraq qəbul edilən Dünya Saatı (Earth Hour) fəaliyyəti çərçivəsində 25 martda bir çox ölkədə işıqlar bir saatlığa söndürüləcək.

697582
İşığı söndürmə hər ölkənin yerli vaxtı ilə 20.30-21.30-da

  Təbii Həyatı Qoruma Cəmiyyətinin (WWF) Türkiyə nümayəndəliyindən verilən məlumata görə, işığı söndürmə hər ölkənin yerli vaxtı ilə saat 20.30-21.30 arasında reallaşdırılacaq.

  İşıq söndürmə zamanı dünyanın böyük memarlıq abidələrinin də işıqları bir saatlığa söndürüləcək.

  Türkiyədə İzmir Saat Qülləsi, Topkapı Sarayı, Dolmabahçe Sarayı, Süleymaniyyə Məscidi, 15 İyul Şəhidlər və Fatih Sultan Mehmet körpüləri, Nevşehir Uçhisar Qalası və Kurşunlu kompleksinin işıqları da bir saatlıq yanmayacaq.

  Fəaliyyətə qatılacaq təşkilatlar da öz binalarının dekorativ işıqlarını söndürəcək.

  Qeyd edək ki, WWF tərəfindən təşkil edilən Dünya Saatı fəaliyyəti 2007-ci ildə Avstraliyanın Sidney şəhərində başlayıb. Keçən il martda buna 178 ölkə qatılmışdı.



Әlaqәli Xәbәrlәr