Çin, Nüvə silahların qadağan edilməsi müqaviləsi yığıncağına qatılmayacaq

Çin, Birləşmiş Millətlər Təşkilatının (BMT) "Nüvə Silahların qadağan edilməsi müqaviləsi"nin müzakirə ediləcəyi növbəti yığıncağına qatılmayacağını açıqlayıb.

695209
Çin, Nüvə silahların qadağan edilməsi müqaviləsi yığıncağına qatılmayacaq

Çin Xarici işlər nazirliyinin sözcüsü Hua Çunying, paytaxt Pekində təşkil etdiyi mətbuat konfransında, yığıncağa  qatılmama  qərarının, razılaşmanın tərəfləriylə "dürüst və ətraflı" danışıqlardan sonra  qəbil  edildiyini  və   belə  bir  qərarın  razılaşmağa   zidd  olmadığını   qeyd  edib. 

Nüvə silahlarının məhv edilməsi hədəfinə bir gündə nail olmanın mümkün olmadığını ifadə edən Hua, bu məqsədin gerçək ola bilməsi üçün qlobal strateji sabitlik və ölkələrin milli təhlükəsizliyi zəmanət altına alınaraq addım addım irəliləmənin lazım gəldiyini ifadə edərək: Əlaqədar proses mövcud nüvə tərksilah və yayılmağın qarşısını alacaq beynəlxalq mexanizmlər tərəfindən ələ alınmalıdır. Müzakirələrə qatılmasaq da nüvə silahların qadağan edilməsi və bütünlüklə məhv edilməsi ilə əlaqəli mövqeyimiz dəyişməyəcək” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr