Paris hava limanında atəş

Hava limanında hücum edən adam və bu iki hadisə arasında əlaqə olub-olmadığı araşdırılır.

694154
Paris hava limanında atəş

  Fransanın paytaxtı Parisdəki Orly havalimanında şəxsiyyəti naməlum bir adamın təhlükəsizlik xidməti əməkdaşına hücum etməsi nəticəsində digər təhlükəsizlik qüvvələri atəş açıb.

  Əsgərin silahını almağa çalışan adam vurularaq zərərsizləşdirilib. Havalimanı boşaldılıb və ora xüsusi təhlükəsizlik xidməti sövq edilib.

  Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisədə yaralanan olmayıb.

  Bu gün erkən saatlarda da Paris yaxınığındakı La Courneuve qəsəbəsində bir başqa təcavüzkar polisə atəş etmiş və qaçmışdı.

  Hava limanında hücum edən adam və bu iki hadisə arasında əlaqə olub-olmadığı araşdırılır.



Әlaqәli Xәbәrlәr