Ölkəsi etiraz etdi, amma O yenə də sədr seçildi
Tusk Aİ-nin daha yaxşı olması üçün əlindən gələni edəcəyini bildirib.
Polşanın sabiq baş naziri Donald Tusk ölkəsinin etirazına baxmayaraq cümə axşamı keçirilən sammitdə yenidən Avropa İttifaqı Şurasının sədri vəzifəsinə seçilib. O, cümə axşamı keçirilən sammitdə lazımi səs çoxluğu qazanıb.
Tusk özü iclasda iştirak etməyib və sosial şəbəkədə 2,5 il yürüdəcəyi vəzifəsi zamanı Aİ-nin daha yaxşı olması üçün əlindən gələni edəcəyini yazıb.
Tusk Şuranın sədri vəzifəsinə 2014-cü ilin sonunda keçib.
Seçkidən öncə çıxış edən Polşanın baş naziri Beata Szydlo rəyləri olmadan bir polşalının Aİ Şurasının sədri seçilməsinə icazə verməyəcəklərini bildirərək demişdi ki, bütün düşüncələrə hörmətlə yanaşılmalıdır. Polşanın düşüncələrinə etiraz edənlər Avropanı bölür. Avropa İttifaqının əsası olan prinsipləri müdafiə edəcəyik.Bizim rəyimiz olmadan bu işin reallaşması qeyri-mümkündür.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.