Katerlər gəmiyə 550 metrə qədər yaxınlaşıb

ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon Hörmüz boğazında İran katerləri tərəfindən hərbi kəşfiyyat gəmisinə qarşı maneə törədildiyini bildirib.

685974
Katerlər gəmiyə 550 metrə qədər yaxınlaşıb

ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon Hörmüz boğazında İran katerləri tərəfindən hərbi kəşfiyyat gəmisinə qarşı maneə törədildiyini bildirib.

Pentaqon dənizaltı raket aşkarlama radarları ilə təchiz olunmuş  gəmiyə boğazdan keçdiyi zaman İran İnqilab Keşikçilərinə məxsus katerləri tərəfindən mane olunduğunu və gəminin istiqamətini dəyişməsi üçün təzyiq edildiyi bəyan edilib.

Pentaqonun sözçüsü polkovnik (albay) Jeff Davis gəminin özünü daha da təhlükədə qoymamaq üçün istiqamətini dəyişdiyini və katerlərin gəmiyə 550 metrə qədər yaxınlaşdığını söyləyib.

Davis bunun “təhlükəsiz və professional olmayan bir yanaşma” olduğunu bildirib.

Davis hərbi kəşfiyyat gəmisinin iki gün əvvəl də Oman körfəzində İrana məxsus freqat tərəfindən 150 metrədək yaxınlaşaraq narahat edildiyini bildirib.

Bunun da “professional olmayan bir yanaşma” olduğunu bildirən Davis ancaq freqatın Amerika gəmisi ilə paraləl hərəkət etdiyi üçün bunu “təhlükəli yanaşma olduğu” tərzində dəyərləndirmədiyini söyləyib.



Әlaqәli Xәbәrlәr