Zimbabvedə daşqınlar nəticəsində 246 nəfər ölüb

Məlumata görə, daha 128 nəfər müxtəlif dərəcəli xəsarət alıb,  minlərlə adam evsiz qalıb.

685455
Zimbabvedə daşqınlar nəticəsində 246 nəfər ölüb

Zimbabvedə baş verən daşqınlar nəticəsində 246 nəfər ölüb.

Məlumata görə, daha 128 nəfər müxtəlif dərəcəli xəsarət alıb,  minlərlə adam evsiz qalıb.

Nəqliyyat naziri Joram Gumbo tәbii fәlakәt sәbәbindәn çox sayda körpünün dağıldığını deyib.

Təbii fəlakətlə əlaqədar hökumət ölkədə  fövqəladə vəziyyət elan edib və beynəlxalq birliyə müraciət edərək 100 milyon dollar məbləğində maliyyə yardımına ehtiyacı olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr