Pxenyan rəhbərliyi, 5 Martda 4 raket sınaq edib

Şimali Koreya, reaksiyalara baxmayaraq nüvə sınaqlar etməkdə davam edir.

685336
Pxenyan rəhbərliyi, 5 Martda 4 raket sınaq edib

Yapon dənizinə düşən raketlərin mənzili qısa olsa da siyasi qərginliyə  səbəb   olub. Amerika Birləşmiş Ştatları, Şimali  Koreyanın   raket  sınağına  reaksiya  verib.

ABŞ dövlət departamentinin mövzu ilə əlaqəli açıqlamasında: “Amerika Birləşmiş Ştatları, Koreya Demokratik Xalq Respublikasının, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının layihələrini pozaraq 5 Martda reallaşdırdığı ballistik raket sınağını qınayır"  deyilib.

Dövlət katibliyinin sözcüsü Mark Toner, ABŞ-ın, özünü və müttəfiqlərini hücumlara qarşı qorumaq və bu təhdidi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə etməkdə hazır olduğunu bildirib.

Yaponiya və Cənubi Koreya də yeni raket sınaqları səbəbindən Şimali Koreyanı qınayıb.

Cənubi Koreya Baş Qərargah rəisliyi, Yapon dənizinə düşən raketlərin növünün araşdırıldığını qeyd edib.



Әlaqәli Xәbәrlәr