Sudanda 28 ildən sonra ilk baş nazir

Sudan prezidenti Ömər əl-Bəşir müavini Bəkri Həsən Salehi baş nazir olaraq təyin edib.

683029
Sudanda 28 ildən sonra ilk baş nazir

Sudan prezidenti Ömər əl-Bəşir müavini Bəkri Həsən Salehi baş nazir olaraq təyin edib.

Prezidentin müavini və Bəşirin liderlik etdiyi Milli Konqres Partiyasının sədr müavini İbrahim Mahmut bunu keçirdiyi mətbuat kofransında deyib.

O bildirib ki, yüksək səviyyəli partiya əməkdaşları ilə keçirilən yığıncaqda Salehin baş nazir kimi təyin olunması barədə razılıq əldə edildi. Saleh həmin zamanda prezidentin birinci müavini kimi vəzifəsini davam etdirəcək.

Prezidentin təyinatla bağlı fərmanı sabah yayımlayacağı bildirilib və Salehin milli dialoq prosesində iştirak edən siyasi tərəflərlə məsləhətləşərək  hökuməti formalaşdırma fəaliyyətlərini başladacağı qeyd edilib.

Bununla da Sudanda 28 ildən sonra ilk dəfə baş nazir təyin olundu.

Ömər əl-Bəşir 1989-cu ildə hakimiyyətə gəlməsi ilə baş nazirlik postunu ləğv edərək prezidentlik sisteminə keçmişdi.

Sudan Parlamenti dekabr ayında yenidən baş nazirlik postuna fəallıq qazandırmaq da daxil bir sıra əsasları da əhatə edən konstitusiya dəyişikliyini təsdiqləmişdi.



Әlaqәli Xәbәrlәr