Prezident Trump  vəzifəyə  başladıqdan sonra ilk dəfə konqresdə çıxış edib

ABŞ prezidenti Donald Tramp 20 Yanvarda vəzifəyə başladıqdan sonra ilk dəfə Konqresdə etdiyi çıxışı zamanı İŞİD-lə mübarizədə İslam dünyasındakı müttəfiqləri ilə əməkdaşlıq edəcəyini vəd edib.

682094
Prezident Trump  vəzifəyə  başladıqdan sonra ilk dəfə konqresdə çıxış edib
trump kongre.jpg

Senat ilə Nümayəndələr Palatasının ortaq iclasında çıxış edən Trump, terror təşkilatı DEAŞ-a qarşı mübarizə, iqtisadiyyat və siyasətə qədər bir çox aktual mövzuya toxunub.

ABŞ-ın təhlükəsizliyini təmin etmək üçün lazımlı tədbirləri həyata keçirəcəklərini ifadə edən Trump, ölkəsində və Avropada yaşanan terror hücumlarından nümunələr verərək DEAŞ təhdidinə qarşı cavab veriləcəyini ifadə edərək : “Bu alçaq düşmənin kökünü kəsmək üçün İslam dünyasındakı dostlarımız və müttefiklerimiz də daxil bütün müttefiklerimizle əməkdaşlıq çərçivəsində addım atacayıq. Söz verdiyim kimi, müsəlman və xristianları, hər din və inanca mənsub qadın, kişi və uşaqları qətl edən vəhşilərdən təşkil  tapan DEAŞ-ı məhv edəcək plan hazırlaması üçün Müdafiə Nazirliyinə təlimat verdim. Müdafiə büdcəsini əhəmiyyətli nisbətdə artırmağı planlaşdırırıq” deyə vurğulayıb.

ABŞ-nın NATO-ya sədaqətinə diqqəti çəkən prezident Trump, alyansa dəstəyin davam etdiyini, ancaq tərəfdaşların da maliyyə öhdəliklərinə əməl etmələrinin lazım gəldiyini qeyd edib.

İranın raket proqramına dəstək verən şəxs və təşkilatlara yeni sanksiyalar tətbiq ediləcəyini ifadə edən ABŞ prezidenti, İsrailin Amerikanın ən güçlü müttəfiqi olduğunu bildirib.

ABŞ-ın cənub sərhədinin təhlükəsizliyi mövzusuna da toxunan Trump, Meksika sərhədinə divar inşa ediləcəyini daha bir dəfə səsləndirib və bu tədbirin qıssa müddətdə həyata keçirilərək narkotik qaçaqmalçılığın və cinayətlərin qarşısının alınacağını ifadə edərək: “Mənim vəzifəm dünyanı təmsil etmək deyil. Mən yalnız ölkəmin məsuliyyətini daşıyıram. Vəzifəyə başladığım gündən tutmuş iqtisadiyyat sahəsində xeyli addımlar atdıq. Vergi sisteminə dair islahatlar həyata keçirəcəyik. Sabiq prezident Obamanın dəstək verdiyi səhiyyə islahatlarının dəyişdirilərək qüvvədən qaldırılması və immiqrasiya qanununda dəyişiklik edilməsi uğrunda səy edəcəyəm. İşsizlərə yardım mövzusunda da əhəmiyyətli planlarımız var” deyə prezident Trump vurğulayıb.



Әlaqәli Xәbәrlәr