Prezident Mustafa Akıncı liderlər yığıncağına qatılmayacaq

Şimali Kıbrıs Türk Respublikası prezidenti Mustafa Akıncı, 23 Fevralda BMT-nin nəzarətindəki təhlükəsiz zonada keçirilməsi planlaşdırılan liderlər yığıncağına qatılmayacağını bildirib.

677830
Prezident Mustafa Akıncı liderlər yığıncağına qatılmayacaq

Buna səbəb kimi, Rum tərəfinin, 1950-cı ildə Enosisin referanduma çıxarılmasının il dönümünün məktəblərdə qeyd olunmasını nəzərdə tutan qərarından imtina etməməsi göstərilib.

Mustafa Akıncı mövzu ilə əlaqəli açıqlamasında: “Biz ortaq gələcək, federal bir Kıbrıs yaradmaq uğrunda səy edirik. Bunu hər iki tərifin gələcək nəsilləri üçün reallaşdırmağı planlaşdırırıq. Lakin belə bir atmosferdə Rum gənclərinə 1950-ci illərin Enosis xəyalini mənimsətməkdə cəhd etmək problemin həllini daha da çətinləşdirir. Problemin həlli üçün yeni sülh mədəniyyətinə zərurət var” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr