Ortaq komissiya qurulacaq

Netanyahu işğal altındakı Şərqi Qüdsdə yəhudi yaşayış məskənlərinin salınma işlərinin davam edəcəyini bildirib.

675656
Ortaq komissiya qurulacaq

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsi ilə ABŞ prezidenti Donlad Tramp arasında İordan Çayının Qərb Sahilində salınan yaşayış məskənləri ilə əlaqəli olaraq birgə komissiya qurulacağını söyləyib.

İsrail dövlət radiosunun xəbərinə əsasən, Nazirlər Kabinətinin yığıncağında çıxış edən Netanyahu bildirib ki, ABŞ-na səfəri zamanı yeni prezident Trampla keçirdiyi görüşdə iki ölkə arasında işğal altındakı İordan Çayının Qərb Sahilindəki yaşayış məskənlərinin vəziyyətinin müzakirə ediləcəyi birgə komissiya qurulması qərara alındı.

İşğal altındakı Şərqi Qüdsdə yəhudi yaşayış məskənlərinin salınma işlərinin davam edəcəyini dilə gətirən Netanyahu İordan Çayının Qərb Sahilindəki yaşayış mənkənlərinin tikinti işləri barədə isə ABŞ ilə razılıq əldə etməyə cəhd göstərdiklərini söyləyib.

ABŞ ilə iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdiyini vurğulayan Netanyahu həmin komissiyanın çalışma prosesi barədə isə məlumat verməyib.

Netanyahu kabinət yığıncağında həmçinin “İranın regional mənada ən ciddi təhdid olduğu” barədə ABŞ prezidenti Tramp ilə həmfikir olduqlarını bildirib.



Әlaqәli Xәbәrlәr