İspan məhkəməsinin hicab qalmaqalı ilə bağlı nümunəvi qərarı

İspaniyada  məhkəmə Avropada son dövrlərdə tez-tez müzakirə olunan hicabla iş azadlığı ilə bağlı nümunəvi bir qərar verdi.

672381
İspan məhkəməsinin hicab qalmaqalı ilə bağlı nümunəvi qərarı

İspaniyada  məhkəmə Avropada son dövrlərdə tez-tez müzakirə olunan hicabla iş azadlığı ilə bağlı nümunəvi bir qərar verdi.
 
 Mayorka adasında Palma şəhərindəki məhkəmə hava limanının baş örtüsünü açmaması səbəb göstərilərək işdən çıxarılan qadın əməkdaşının haqlı olduğu barədə qərar verdi.
 
 Hava limanında məlumat xidmətində çalışan 40 yaşlı İspaniya vətəndaşı Ana Saidi Rodriguez hicab geyinməyə qərar verdikdən sonra iş verən aprel - iyul ayları arasında 5 dəfə onun maaşını kəsdi və sonda işdən çıxardı.
 
 Rodriguez şirkəti məhkəməyə verdi və məhkəmə onun xeyrinə qərar çıxardı.

Şəhər məhkəməsi şirkətin qoyduğu qadağanın dünyəvilik və obyektivlik prinsiplərinə uyğun olmadığı, İspaniya konstitusiyasında qeyd olunan "vətəndaşların din azadlığı hüququ"nu pozduğu barədə qərar verərək  Rodriguezin dərhal işinə qaytarılmasını tələb etdi,  şirkətə 4 min 491 avro məbləğində cərimə kəsdi.
 
 Şirkət, eyni zamanda, kədər və stresslə əlaqəli sağlamlıq problemi olan əməkdaşına 7 min 892 avro  məbləğində mənəvi təzminat ödəyəcək.



Әlaqәli Xәbәrlәr