Angela Merkel İsrail səfərini ləğv etdi

Almaniya kansleri Angela Merkel mayın 10-da İsrailə planladığı səfərini ləğv etdi.

671800
Angela Merkel İsrail səfərini ləğv etdi

Almaniya kansleri Angela Merkel mayın 10-da İsrailə planladığı səfərini ləğv etdi.
 
 Merkelin ofisindən verilən məlumatda səfərin ləğvi Almaniyada sentyabr ayında keçiriləcək ümumi seçkilərlə əsaslandırılır.
 
 Adlarının gizli saxlanılması şərti ilə danışan israilli və alman səlahiyyətli şəxsləri səfərin ləğvinin əsl səbəbinin ötən həftə İsrail Parlamenti Knessetdə işgal altındakı Fələstin ərazilərində olan  qeyri-qanuni yahudi yaşayış məntəqələri barədə "İsrailin daxili hüququna görə legitimlik təmin edən qanun"un qəbul olunmasına olan reaksiya olduğunu iddia etdilər.
 
 Almaniya Xarici İşlər Nazirliyi ilə yaxın əlaqələri olduğunu bildirən İsrail rəsmisi sözügedən qanunun İsrail Parlamentində təsdiq olunmasından sonra Almaniya hökumətinin bu qanunun əleyhinə olduğunu vurğulamaq üçün belə bir qərar verdiyini qeyd etdi.
 
 İsrail və Almaniya məsələyə dair hələ ki, rəsmi bir açıqlama verməyiblər.



Әlaqәli Xәbәrlәr