"Avropada azadlığı və demokratiyanı qorumaq vacibdir", F.V.Ştaynmayer

Almaniyanın 12-ci prezidenti Frank-Valter Ştaynmayer seçildi.

670729
"Avropada azadlığı və demokratiyanı qorumaq vacibdir", F.V.Ştaynmayer

Almaniyanın 12-ci prezidenti kimi Frank-Valter Ştaynmayer seçildi.  

Almaniyada müstəsna olaraq prezident seçmək məqsədilə çağırılan Federal Məclisin 1239 üzvündən 931-i Frank-Valter Ştaynmayerin namizədliyini dəstəkləyib. İlk turda seçilmək üçün sabiq xarici işlər nazirinə 631 səs lazım idi.

Ştaynmayer Yoxim Qaukdan boşalacaq prezidentlik postunu martın 19-da təhvil alacaq və vəzifəni 5 il müddətində davam etdirəcək.

Qeyd edək ki, 61 yaşındakı Ştaynmayer təcrübəli bir siyasi xadimdir. 2005-2009 və 2013-2017-ci illər arasında Almaniyanın xarici işlər naziri kimi işləyən Ştaynmayer Türkiyəni də yaxşı tanıyır.

O Türkiyə ilə Avropa İttifaqı arasında üzvlük müzakirələrinin başlanma prosesində rol götürmüşdü.

Ştaynmayer prezident seçildiktən sonra etdiyi çıxışda onu seçənlərə təşəkkür edərək bildirib ki, dünyada fırtınalı bir dövr hakimdir. Belə bir vaxtda ictimai birlik böyük əhəmiyyətə malikdir.

Ştaynmayer Avropada azadlığı və demokratiyanı qorumağın vacibliyini də dilə gətirib.

Ştaynmayer ABŞ prezidenti Trampı “nifrət yayan şəxs” kimi təsvir etmişdi.

Almaniya kansləri Angela Merkel də Ştaynmayeri təbrik edərək, onun ölkəsi üçün mükəmməl bir prezident olacağını söyləyib.



Әlaqәli Xәbәrlәr