Yeni Zelandiyada sahilə çıxan yüzlərlə balina tələf oldu

Üstlərinə yaş dəsmal sərilərək vedrələrlə su tökülən balinalardan yalnız 100-ə yaxını xilas edilə bildi.

669838
Yeni Zelandiyada sahilə çıxan yüzlərlə balina tələf oldu

Yeni Zelandiyanın Şərq adasında suyun sahilə vurduğu yüzlərlə qrind (pilot balina)  tələf oldu.
 
 Cənub adası sahillərində quruya çıxan 400-dən çox balinanı xilas etmək üçün sahil mühafizə işçiləri və yüzlərlə könüllü səfərbər oldu.
 
 Üstlərinə yaş dəsmal sərilərək vedrələrlə su tökülən balinalardan yalnız 100-ə yaxını xilas edilə bildi.
 
 Balinaların yenidən sahilə çıxmalarının qarşısını almaq üçün dənizin sonrakı çəkilməsinə qədər sahil mühafizə işçiləri və könüllülər Qızıl Körfəz bölgəsində növbə tutacaqlar.
 
 Balinaların nə üçün sahilə çıxdığı hələ bilinmir. 

Mütəxəssislər iki fərziyyə üzərində dayanırlar.
 
Fərziyyələrdən  biri balinaların ovlarını dayaz sulara qədər qovması və dənizin çəkilməsi ilə gəldikləri bölgəyə qayıda bilməmələri, digəri isə qruplarındakı xəstə bir balinanı qorumağa çalışmaları olaraq açıqlanır.
 
 Balinaların quruya çıxması hallarının ən geniş yayıldığı ölkələrdən biri olan Yeni Zelandiyada 2009-cu ildə Chatham Adaları yaxınlığında 100-dən artıq qrind (pilot balina) tələf olmuşdu.



Әlaqәli Xәbәrlәr