İranla bağlı “hə”, inşaatla bağlı “yox”

İsrail və Fələstin arasında sülhün bərqərar olmasını istədiklərini bildirən Mey bir çox mövzuda yəhudilərə dəstək verdiklərini də Netanyahuya xatırladıb.

666621
İranla bağlı “hə”, inşaatla bağlı “yox”

  İsrailin Baş naziri Binyamin Netanyahu İngiltərədə səfərdədir.

  O, paytaxt Londonda ingiltərəli həmkarı Tereza Mey və ölkənin Xarici İşlər naziri Boris Consonla görüşüb.

  Netanyahu İsrail tutduğu Fələstin torpaqlarında yaşayış obyektləri tikmək və İranla bağlı İngiltərədən dəstək istəyib. İranla bağlı narahatlığa qoşulsa da, İngiltərə Baş naziri Fələstində İsrailin inşaat məsələsinə razı olmadıqları fikrini təkrar edib.    

  Tereza Mey və Netanyahu görüşü təkbətək keçirilib və mətbuata qapalı şəraitdə olub.

  İsrail və Fələstin arasında sülhün bərqərar olmasını istədiklərini bildirən Mey bir çox mövzuda yəhudilərə dəstək verdiklərini də Netanyahuya xatırladıb.

  İsrail Baş naziri Netanyahu daha sonra İngiltərənin Xarici İşlər naziri Boris Consonla görüşüb.



Әlaqәli Xәbәrlәr