"Starbucks" şirkәti müsәlmanlara dәstәk olub

‘‘Starbucks’’ 10 min məcburi köçkünü işlə təmin edəcək

662506
"Starbucks" şirkәti müsәlmanlara dәstәk olub

"Starbucks" Donald Trampın  yeddi müsәlman  ölkənin vətəndaşları ilə bağlı verdiyi viza qadağasından sonra qaçqınlara  dəstək olub.

ABŞ-ın  mәşhur qәhvә şirkәti ‘‘Starbucks’’, qaçqınların ABŞ-a girişini dayandıran və 7 müsəlman ölkədən vətəndaşların ölkəyə girişinə 90 gün qadağa gətirən prezident fərmanından sonra, fəaliyyət göstərdiyi 75 ölkədə 5 il ərzində 10 min qaçqını işlə təmin edəcəyini bildirib.

‘‘Starbucks’’ -ın İcraçı Direktoru Hovard Şults, ''Starbucks''-ın müharibə, zorakılıq, zülm və ayrı-seçkilikdən qaçanları işlə təmin etmək üçün səylərini iki dəfə artıracağını bildirib. O, "Növbəti beş il ərzində dünya üzrə 10 min məcburi köçkünü işlə təmin edəcəyik" deyә bildirib.



Әlaqәli Xәbәrlәr