Ölkə miqyasında gecə boyunca anım mərasimləri keçirilib

Kanadada məscidə edilən hücumda həyatını itirənlər üçün ölkə miqyasında gecə boyunca anım mərasimləri keçirilib.

662127
Ölkə miqyasında gecə boyunca anım mərasimləri keçirilib

Kanadada məscidə edilən hücumda həyatını itirənlər üçün ölkə miqyasında gecə boyunca anım mərasimləri keçirilib.

Hücumun keçirildiyi Quebec City şəhərindəki Ste-Foy bölgəsində keçirilən mərasimdə Kanadanın baş naziri Justin Trudeau, Mühafizəkar Partiyanın lideri Rona Ambrose, Yeni Demokrat Partiyanın lideri Thomas Mulcair, nazirlər, millət vəkilləri və minlərlə nəfər iştirak edib.

Mərasimlərdə  hər dindən dualar edilərkən, baş nazir Trudeaunun iştirak etdiyi mərasimdə Qurandan ayələr və ərəbcə dualar oxunub. Mərasimdə iştirak  edənlər şamlar yandırıb, ölənlərin ruhuna dualar ediblər.  

Bu arada ABŞ 6 nəfərin həlak olduğu Kanadaoa Quebec şəhərindəki məscidə edilən terror hücumunu pisləyib.

ABŞ prezidenti Donald Tramp Justin Trudeauya zəng edərək baş sağlığı verib və lazım olsa yardım etməyə hazır olduqlarını bildirib.

Ağ Evin sözçüsü Seans Spicer də 6 nəfərin həlak olduğu Kanadadakı terror aktını pisləyib.

İslamafobiya Kanadanın Quebek şəhərində özünü göstərdi.

Kanadanın Quebec şəhərində məscid olaraq da istifadə olunan Quebec City İslam Mədəniyyət Mərkəzinə təşkil edilən hücumda yaşları 35 ilə 70 arasında dəyişən 6 nəfər həyatını itirdi.

Hücumdan sonra 12 nəfər yüngül yaralandı, 5 nəfərin vəziyyətinin isə ağır olduğu bildirildi.

Xain hücuma tez zamanda reaksiyalar göstərildi. Əyalət parlamentində bayraqlar yarıya endirildi.

Ölkənin baş naziri Justin Trudeau terror aktını pislədi və ilk iş olaraq milli təhlükəsizlik müşavirləri və digər rəsmilərlə yığıncaq təşkil etdi.

Yığıncaqda vəziyyətin dəyərləndirildiyi və görülməsi lazım olan təhlükəsizlik tədbirlərinin müzakirə edildiyi açıqlandı.

Hücumun təşkil edildiyi ilk anlarda 3 nəfər olaraq açıqlanan terrorçu sayının 1 olduğunun müəyyən edildiyi bildirildi.



Әlaqәli Xәbәrlәr