O, Trampla görüşən ilk ərəb lideri oldu

Amerika Birləşmiş Ştatlarının 7 müsəlman ölkəsinin vətəndaşlarına viza qadağası tətbiqi qərarı gündəmdə səs-küylü yerini qoruduğu bir zamanda Donald Tramp rəhbərliyi ilk dəfə bir ərəb liderini qarşılayır.

662136
O, Trampla görüşən ilk ərəb lideri oldu

  İordaniya kralı Abdulla Vaşinqtonda rəsmi səfərdədir. O, ilk olaraq prezidentin müavini Mayk Penslə (Mike Pence) bir araya gəlib. Onlar terror təşkilatı DAEŞ-lə mübarizənin sürətləndirilməsi üçün planlaşdırılmış işlər barədə danışıb.

  Sonra Pentaqona keçən kralı Abdulla ABŞ Müdafiə naziri Ceyms Mattislə görüşüb.

  Cümə axşamı günü İordaniya kralı ABŞ prezidenti ilə görüşəcək.



Әlaqәli Xәbәrlәr