Amerikada qaçqınlarla bağlı qəti qərar

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp qaçqınların ölkəyə girişini məhdudlaşdıran və immiqrant vizalarına təhlükəsizlik tədbirləri gətirən fərman imzaladı.

660860
Amerikada qaçqınlarla bağlı qəti qərar

  Fərmana görə, ABŞ ikinci bir təlimata qədər Suriyadan qaçqın qəbul etməyəcək. Digər ölkələrdən də 120 gün ərzində hər hansı bir qaçqın qəbulu olmayacaq. Göstərilən müddət başa çatdıqdan sonra isə yalnız ABŞ Daxili Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat İdarəsinin ortaq şəkildə təsdiq etdiyi ölkələrdən qaçqın qəbul ediləcək.

  Eyni zamanda, 30 gün boyu İraq, Liviya, Suriya, İran, Sudan, Somali və Yəməndən gələnlər hansı viza və ya sənəd üçün gəlsələr də, ölkəyə daxil ola bilməyəcəklər.

  Fərmanın ayrıntıları Ağ Ev tərəfindən açıqlanacaq.



Әlaqәli Xәbәrlәr